AlmaBaku.com

ALMA Consulting araşdırma, məsləhət, idarəçilik və ISO Beynəlxalq Sertifikat xidmətləri təklif edən beynəlxalq bir şirkətdir. İqtisadi, kiçik və orta sahiblarlıq, kənd təsərrüfatı, sosial və dövlət idarəçiliyi, özəl sektorun inkişafı mövzusunda peşəkarlaşdıq və ettiyimiz işlərlə ictimaiyyətə həqiqi fayda verməyi hədəfləyirik.

Bizimlə əlaqə

(+99455) 489-37-48

info@almabaku.com

AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, L.Landau16

Global G.A.P.

Global G.A.P. - Yaxşı Kənd Təsərrüfatı Təcrübəsi

Sürətlə artan dünya nüfuzu, dəyişən qidalanma alışqanlığı və qida ehtiyacları, ekoloji tarazlığın pozulması, yeni aqrar texnikalar və kənd təsərrüfatı məhsullarının sənayedən keçərək hazır məhsul halına gətirilməsində metodların çoxalması, insan sağlamlığına zərərsiz qidaların təmin olunmasında bəzi problemlər də yaratmışdır. Bununla birlikdə xüsusilə son illərdə istehlakçı məlumatlılığının gedərək artması ilə qida bazarında təhlükəsizlik zəmanəti olan məhsullar daha çox üstünlük əldə etməyə başlamışdır. Qida təhlükəsizliyi qida məddələrindəki təbii olmayan komponentlərin olmaması, zərərsiz və ya qəbul ediləbilən səviyyələrdə olması və qida gigiyenasının təmin olunması anlamına gəldiyi kimi, qidaların istehsalı mərhələsində müəssisələrin ətraf mühit ilə əlaqəsi, ictimaiyyətin sağlamlığı və rifahı ilə də birbaşa əlaqəlidir. Pərakəndəçilər müştərilərinə təklif etdikləri məhsulun təhlükəsiz olduğunu və davamlılıq prinsipinə bağlı bağlı qalaraq istehsal edildiyini sığortalamaq üçün bir araya gələrək GAP (Good Agricultural Practices-Yaxşı Kənd Təsərrüfatı Təcrübəsi) yanaşmasını irəli sürmüşdülər. 1997-ci ildə Avropa Pərakəndəçilər Məhsul Çalışma Qrupunun (EUREP - Euro-Retailer Produce Working Group) mənfəət məqsəd güdməyən bir fəaliyyəti olaraq başladılan EURO GAP  (yeni adı ilə GLOBAL GAP Beynəlxalq Sertifikatı), EUROGAP. Texniki və Standartlar Komitəsi tərəfindən GAP-ın təkmilləşdirilən şərtlərinə görə tarladan süfrəyə aqrar məhsulların təhlükəsizliyini təmin etmək, qida keyfiyyətini yüksəltmə məqsədi güdmüşdür.

Öncəliklə təzə meyvə və tərəvəzlərin Avropa İttifaqı ölkələrinə ixracatında bir əsas şərt halını alan GLOBAL GAP Beynəlxalq Sertifikatı Avropa İttifaqı pərakəndəçilərinin istehlakçısı üçün təmin etdiyi bir məhsul izləmə zəmanətidir. İstehlakçı rəfdən aldığı hər hansı bir qidanın gigiyenası baxımından təhlükəsizlik riski daşımadığı və ətraf mühitə dost fəaliyyətləri  yolu ilə istehsal edildiyini bilmək istəyir. Avropa İttifaqına ixrac etmək istəyən istehsalçı və ya ixracatçı məhsulunun bu öhdəlikləri qarşıladığını pərakəndəçilər vasitəsilə istehlakçıya sübut etmək məcburiyyətindədir. Bunun nəticəsi olaraq əlaqəli öhdəliklərin qarşılandığını göstərən və üçüncü tərəf müstəqil təşkilatlara verilən GLOBAL GAP Beynəlxalq Sertifikatı qavramı ortaya çıxmışdır. GLOBAL GAP Beynəlxalq Sertifikatı istehsalçı və ixracatçının məhsulunu Avropa İttifaqı bazarına çatdırılmasındə pasport rolu oynayır. Lakin bu tələblər günü-gündən dəyişir və artıq dünyanın hər yerinə kənd təsərrüfatı məhsulları ixrac etdikdə GLOBAL GAP Beynəlxalq Sertifikatı tələb olunur.

GLOBAL GAP Beynəlxalq Standartı istehlakçının tələb etdiyi əsas təhlükəsizlik şərtlərini müəyyənləşdirən standartlardır. İstehlakçılar satınaldıqları qidaların:​

  • Mikrobioloji, fiziki və kimyəvi baxımdan zərərli olmadığından
  • İstehsalları zamanı çevrəyə və təbii mühitə zərər verilmədiyindən
  • Qanunvericiliyə uyğun olaraq istehsal edildiyindən
  • İstehsalda yer alan şəxslərin sağlıq və təhlükəsizliklərinin təmin olunması üçün lazımı bütün tədbirlərin alındığından əmin olmaq istəməkdədirlər.

​Kənd təsərrüfatı sektorunda bir keyfiyyət sistemi olaraq da dəyərləndirilən GLOBAL GAP tarladakı istehsala istiqamətlənən, inteqrə aqrar prinsiplərini mənimsəyən, qida təhlükəsizliyi və keyfiyyəti baxımından HACCP və ISO 9001, ISO 14001, OHSAS 18001 standartları ilə də paralellik göstərən bir sistemdir.

Paylaş :