AlmaBaku.com

ALMA Consulting araşdırma, məsləhət, idarəçilik və ISO Beynəlxalq Sertifikat xidmətləri təklif edən beynəlxalq bir şirkətdir. İqtisadi, kiçik və orta sahiblarlıq, kənd təsərrüfatı, sosial və dövlət idarəçiliyi, özəl sektorun inkişafı mövzusunda peşəkarlaşdıq və ettiyimiz işlərlə ictimaiyyətə həqiqi fayda verməyi hədəfləyirik.

Bizimlə əlaqə

(+99455) 489-37-48

info@almabaku.com

AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, L.Landau16

ISO 14001:2015

ISO 14001:2015 - ISO 14001:2015 Ətraf Mühit İdarəetmə Sistemi

ISO 14001:2015 Ətraf Mühit idarəetmə Sistemi nədir ?

ISO 14001:2015 Standartının tətbiqindən öncə bilməliyik ki, insanın içərisində olduğu və birlikdə yaşadığı bu çevrənin inkişaf edən texnologiya və sənaye nəticəsində gedərək yox olduğu göz ardı edilə bilməz bir reallıqdır. ISO 9001:2015 Ətraf Mühit İdarəetmə Sistemi Standartının tətbiq olunmasını bariz nümunəsi: artan dünya nüfuzu, texnologiyanın başdöndürücü inkişaf və irəliləmə sürəti, yaşayış yerlərindəki daralma, təbii mühitin istismarı, səs-küy, xətalı tədqiqatlar, məlumat əksikliyi və əlavə oluna biləcək bir çox səbəblə ətraf mühitin kirlənməsi son illərdə insan yaşayışını və yaşam keyfiyyətini təhdid edən ən önəmli problemlərdən biridir.
 

ISO 14001:2015 Standartının tətbiq olunmadığı 20-ci əsrin ikinci yarısından etibarən insanlığı təhdid edən problemlərdən biri halına gələn ekologiya problemləri və çirklənməsi, sənayeləşmənin nəticəsində daha da hiss edilən hala gəlmişdir. ISO 14001:2015 Ətraf Mühit İdarəetmə Standartı olmadığı üçün əvvəllər sadəcə kirlənmə olaraq qəbul edilər və beynəlxalq status qazanmadan yerli status daşıyan ekologiya problemləri gün keçdikcə sürətlə çoxalmış və dünyanın problemi halına gəlmişdir. Bu nöqtədə insanların ekologiyayaya verdiyi zərərləri azaltmaq üçün ISO 14001 kimi olan ətraf mühit standartları, ətraf mühitə yönəlik yerli və qlobal qanunlar tətbiq olunmağa başlanmışdır. Bu vəziyyətdə ətraf mühitin qorunmasına yönəlik olaraq Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən ISO 14001 Ətraf Mühit İdarəetmə Standartı yaradılmışdır. ISO 14001 Standartı özündə çevrəyə, torpağa, suya, havaya verilən zərərlərin minimuma endisilməsini məqsəd qoyan bir standartdır. Bu standartı tətbiq edən təşkilatlar ISO 14001:2015 Beynəlxalq Sertifikatını rahat ala bilərlər.

ISO 14001:2015 Beynəlxalq Sertifikatının faydaları nələrdir ?

  • ISO 14001:2015 ilə milli və ya beynəlxalq qanunvericiliyə uyğunlaşmanın yaxşılaşması.
  • ISO 14001:2015 ilə ekoloji performansın artması.
  • Bazar strategiyalarında fərq.
  • ISO 14001:2015 sayəsində beynəlxalq rəqabətdə üstünlük.
  • Müəssisədə etibar və bazar payında yaxşılaşma.
  • Xərc nəzarətinin inkişaf etdirilməsiylə xərclərin azaldılması və məhsuldarlığın artması.
  • ISO 14001:2015 nəticəsində fövqəladə vəziyyətlərə və qəzalara qarşı hazırlıq edərək məsuliyyətlə nəticələnən qəza və s. hadisələrin ciddi nisbətdə azalması
  • ISO 14001:2015 Standartının tətbiqi ilə çirklənmənin mənbədən başlanaraq nəzarət altına alınması, azaldılması
  • ISO 14001:2015 Standartının tətbiqi ilə enerji qənaətinin təmin olunması
  • İcazə və səlahiyyət sənədlərinin rahatlıqla alınması
  • ISO 14001:2015 Beynəlxalq Sertifikatı bütün dünya tərəfindən bilinən və istifadə edilən ortaq bir dil olduğundan qlobal bazarda qəbul edilməsinin təmin edilməsi
  • ISO 14001:2015 tətbiq olunduğunda təşkilat / quruluş fəaliyyətlərinin ətraf mühitə olan təsiri və ətraf mühit riskləri təyin olunaraq nəzarət edilə bilər və bu sayədə ətraf mühitə mənfi təsir ünsürlərinin azaldılması
  • ISO 14001:2015 Standartı tətbiq olunduğunda ətraf mühit təsirlərindən qaynaqlanan xərclər düşər
  • ISO 14001:2015 Stdandartında ətraf mühit ilə əlaqədar qanunlara və qanunvericiliyə uyğunluq təmin edilər.
  • ISO 14001:2015 Standartının tətbiqi zamanı fövqəladə vəziyyətlərdə meydana gələ biləcək ətraf mühit təsirləri azaldılır və ya tamamilə aradan qaldırılır.
  • Hüquqi təşkilatlara qanunvericilik və qaydalara riayət olunduğu sənədləşdirilmiş ətraf mühit idarə sistemi sənədi və ISO 14001:2015 Beynəlxalq Sertifikatı sənədi göstərilə bilər.
  • ISO 14001:2015 Sertifikatı istər milli, istərsə də beynəlxalq səviyyədə tanınmışlıq təmin edilərək müəssisəyə prestij qazandıran bir ünsürdür.
  • Şirkət personalına verilən ISO 14001:2015 təlimləri sayəsində işçilərdə ətraf mühit ilə əlaqədar məlumatlarının artırılmasına kömək olur.
  • Ətraf mühitə zərər verməyən ISO 14001:2015 Sertifikatı olan bir müəssisədə çalışmaq, işçiləri motivasiya edər.
  • İstehlakçının ətraf mühit ilə əlaqədar gözləntilərinə cavab verilir və məlumatlı istehlakçılara çatmaq və onları qazanma şansını artırır.
  • ISO 14001:2015 Sertifikatı olan şirkətdə resurslar səmərəli istifadə olunur.
  • ISO 14001:2015 Sertifikatı olan şirkətdə ətraf mühitə atılan tullantılar minimuma endirilir.

ISO 14001:2015 Beynəlxalq Sertifikatını kimlər ala bilər?

ISO 14001:2015 Ətraf Mühit İdarəetmə Standartı qlobal və yerli bazarda özünə imic qazanmaq istəyən şirkətlər üçün bir məhsul və xidmət pasportu kimi qəbul edilməsə başlanmışdır. ISO 14001:2015 Standartı başda sənaye təşkilatları və dövlət təşkilatları olmaqla, məhsul və xidmət təklif edən bütün təşkilatlar və istehsalçılar tətbiq edə bilər.

ISO 14001:2015 Beynəlxalq Sertifikatını necə almaq olar ?

ISO 14001:2015 Ətraf Mühit İdarəetmə Sertifikatını almaq üçün müştərilər vebsaytımızın əlaqə bölməsindən elektron müraciət göndərə bilərlər. Şirkətimizin əməkdaşları ISO 14001:2015 Ətraf Mühit İdarəetmə Sistemi Sertifikatı almaq istəyən müştərilər ilə qısa müddətdə əlaqə saxlayırlar və müştəri məmnuniyyətini təmin edirlər.

Paylaş :