ISO 14001:2015

Ətraf Mühit İdarəetmə Sistemi

İnsanın içərisində olduğu və birlikdə yaşadığı bu çevrənin inkişaf edən texnologiya və sənaye nəticəsində gedərək yox olduğu göz ardı edilə bilməz bir reallıqdır. Artan dünya nüfuzu, texnologiyanın başdöndürücü inkişaf və irəliləmə sürəti, yaşayış yerlərindəki daralma, təbii mühitin istismarı, səs-küy, xətalı tədqiqatlar, məlumat əksikliyi və əlavə oluna biləcək bir çox səbəblə ətraf mühitin kirlənməsi son illərdə insan yaşayışını və yaşam keyfiyyətini təhdid edən ən önəmli problemlərdən biridir.
 

20-ci əsrin ikinci yarısından etibarən insanlığı təhdid edən problemlərdən biri halına gələn ekologiya problemləri və çirklənməsi, sənayeləşmənin nəticəsində daha da hiss edilən hala gəlmişdir. Əvvəllər sadəcə kirlənmə olaraq qəbul edilər və beynəlxalq status qazanmadan yerli status daşıyan ekologiya problemləri gün keçdikcə sürətlə çoxalmış və dünyanın problemi halına gəlmişdir. Bu nöqtədə insanların ekologiyayaya verdiyi zərərləri azaltmaq üçün ətraf mühit standartları, ətraf mühitə yönəlik yerli və qlobal qanunlar tətbiq olunmağa başlanmışdır. Bu vəziyyətdə ətraf mühitin qorunmasına yönəlik olaraq Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən ISO 14001 Ətraf Mühit İdarəetmə Standartı yaradılmışdır. ISO 14001 standartı özündə çevrəyə, torpağa, suya, havaya verilən zərərlərin minimuma endisilməsini məqsəd qoyan bir standartdır. Bu standartı tətbiq edən təşkilatlar ISO 14001:2015 Beynəlxalq Sertifikatını rahat ala bilərlər.

ISO 14001:2015 Beynəlxalq Sertifikatının faydaları nələrdir ?

  •  Milli və ya beynəlxalq qanunvericiliyə uyğunlaşmanın yaxşılaşması.

  •  Ekoloji performansın artması.

  •  Bazar strategiyalarında fərq.

  •  Beynəlxalq rəqabətdə üstünlük.

  •  Müəssisədə etibar və bazar payında yaxşılaşma.

  •  Xərc nəzarətinin inkişaf etdirilməsiylə xərclərin azaldılması və məhsuldarlığın artması.

  • Fövqəladə vəziyyətlərə və qəzalara qarşı hazırlıq edərək məsuliyyətlə nəticələnən qəza və s. hadisələrin ciddi nisbətdə azalması

  • Çirklənmənin mənbədən başlanaraq nəzarət altına alınması, azaldılması

  • Enerji qənaətinin təmin olunması

  • İcazə və səlahiyyət sənədlərinin rahatlıqla alınması

  • ISO 14001:2015 Beynəlxalq Sertifikatı bütün dünya tərəfindən bilinən və istifadə edilən ortaq bir dil olduğundan qlobal bazarda qəbul edilməsinin təmin edilməsi

  • Təşkilat / quruluş fəaliyyətlərinin ətraf mühitə olan təsiri və ətraf mühit riskləri təyin olunaraq nəzarət edilə bilər və bu sayədə ətraf mühitə mənfi təsir ünsürlərinin azaldılması

  • Ətraf mühit təsirlərindən qaynaqlanan xərclər düşər

  • Ətraf mühit ilə əlaqədar qanunlara və qanunvericiliyə uyğunluq təmin edilər.

  • Fövqəladə vəziyyətlərdə meydana gələ biləcək ətraf mühit təsirləri azaldılır və ya tamamilə aradan qaldırılır.

  • Hüquqi təşkilatlara qanunvericilik və qaydalara riayət olunduğu sənədləşdirilmiş ətraf mühit idarə sistemi sənədi və ISO 14001:2015 Beynəlxalq Sertifikatı sənədi göstərilə bilər.

  • İstər milli, istərsə də beynəlxalq səviyyədə tanınmışlıq təmin edilərək müəssisəyə prestij qazandıran bir ünsürdür.

  • Şirkət personalına verilən təlimlər sayəsində işçilərdə ətraf mühit ilə əlaqədar məlumatlarının artırılmasına kömək olur.

  • Ətraf mühitə zərər verməyən bir müəssisədə çalışmaq, işçiləri motivasiya edər.

  • İstehlakçının ətraf mühit ilə əlaqədar gözləntilərinə cavab verilir və məlumatlı istehlakçılara çatmaq və onları qazanma şansını artırır.

  • Mənbələr səmərəli istifadə olunur.

  • Ətraf mühitə atılan tullantılar minimuma endirilir.

ISO 14001:2015 Beynəlxalq Sertifikatını kimlər ala bilər?

ISO 14001:2015 Ətraf Mühit İdarəetmə Standartı qlobal və yerli bazarda özünə imic qazanmaq istəyən şirkətlər üçün bir məhsul və xidmət pasportu kimi qəbul edilməsə başlanmışdır. Standartı başda sənaye təşkilatları və dövlət təşkilatları olmaqla, məhsul və xidmət təklif edən bütün təşkilatlar və istehsalçılar tətbiq edə bilər.