ISO 22000:2018

Qida Təhlükəsizliyi İdarəetmə Sistemi

Təhlükəsiz və güvənli qidaların istehsalı və təmini sağlıq qidalanmasının ən əsas və imtina edilməz ünsürüdür. Bu məqsədlə günümüzdə istehsalçılar, topdan və pərakəndə satış təşkilatlarının daxil olduğu müxtəlif qruplar, akademiyalar və rəsmi qurumlar tərəfindən müxtəlif kontrol metodları və yanaşmaları inkişaf etdirilmişdir.  əvvəlki metodlarda təhlükəsiz qida istehsalının reallaşdırılması üçün alınan önləmlərin ümumiyyətlə son məhsuldakı kontrollar olduğu görsənməkdədir. Son məhsullarda edilən kontrollar məhsulun son vəziyyətindəki mövcud xətaları və təhlükələri göstərməkdədir.

Günümüzdə təhlükəsiz qida istehsalı üçün xammaddələr, qatqılar, köməkçi digər maddələr və qablaşdırma vəsaitlərinin istehsalından başlayaraq tədarükçülərin seçimi və dəyərləndirilməsi, müəssisəyə qəbulunu, istehsal mərhələlərini, son saxlama və çatdırılma daxil olmaqla kontrol altında saxlayan bir yanaşmanın lazımlılığı ortaya çıxmışdır. HACCP (Hazard Analysis and Critical Control Points - Təhlükə Analizləri ve Kritik Kontrol Nöqtələri) Sistemi bu yanaşmalardan biridir. Müxtəlif ölkələrin rəsmi orqanları və beynəlxalq standartlaşma təşkilatları HACCP Sisteminə yönəlik önəmli işlər etmişlər və standartlar nəşr etdirmişlər. HACCP qavramının ortaya çıxışının 30 ildən çox olmasına və beynəlxalq keçərliliyinin olmasına baxmayaraq bu zamanda HACCP Sistemi üçün dünyaca qəbul olunacaq ortaq və geniş bir standart yaradılmamışdır.

 

Beynəlxalq bazarlarda isə hər bir ölkənin özünün qida təhlükəsizliyi ilə bağlı standartı mövcud idi, lakin bu ölkələrin birbirlərinə uyğun məhsul istehsalında problemlər yaradırdı. Bunun üçün Beynəlxalq Standartlaşma Təşkilatı (ISO)  qida təhlükəsizliyi ilə bağlı ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartını yaratmışdır. Qida təhlükəsizliyini tətbiq edən şirkətlər rahat ISO 22000:2018 Beynəlxalq Sertifikatını ala bilərlər.
 

ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin əsas yanaşması istehlakçının qida qaynaqlı xəstəliklərə məruz qalmaması üçün inkişaf etdirilmiş,qida zənciri içərisindəki bütün prosesləri kontrol altında tutan önləyici bir sistemin şirkətlərdə tətbiq edilməsidir. Şirkətlərdə ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi istehsal kontrolu, məhsul kontrolu, avadanlıq kontrolu (baxış və gigiyena), çalışan və ziyarətçi gigiyenası, daşıma, anbara saxlama, məhsul məlumatı, tədris, tədarükçü seçimi və dəyərləndirilməsi, əlaqələr və oxşar mövzuları əhatə edir.

 

Qida sənayesində hər bir qurum öz kontrolu altında qida təhlükəsizliyini təmin edəcək şəraiti reallaşdırmalıdır. Ön şərtlər proqramları (Prerequisite Programmes-PRPs), Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin sağlam bünövrəyə yerləşməsini təmin edən proqramlardır. Ön şərtlər proqramları təhlükəsiz qida istehsalındakı əsas, çevrəsəl və istehsal şərtlərinin kontrol altında alınmasını təmin etməkdədir.

 


ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin faydaları nələrdir ?

  •  ISO 22000 qida gigiyenası istehlakçıların qida təhlükəsizliyi ilə əlaqədar tələblərinin hamısının qarşılanması

  •  Beynəlxalq səviyyədə tanınan bir sistem olması səbəbiylə ixracatda rahatlığın təmin olunması

  •  Məhsulun geri toplama riskinin minimuma edilməsi

  •  İşçilərin iş məhsuldarlığının və məmnuniyyətinin artımı

  •  İşçilərin gigiyena və qida təhlükəsizliyi mövzusunda məlumatlılıq səviyyəsinin artması

  •  Prosesə nəzarətin sənədlərlə sübut olunmasına imkanın yaradılması

  •  Öhdəliklərini bilən ciddi və peşəkar bir təşkilat mədəniyyətinin yaradılması

  •  Qida zəhərlənmələri və ölüm risklərinin minimuma edilməsinin təmin edilməsi

  •  Qanunvericiliyə uyğunluğun təmin edilməsi

  •  Rəsmi yoxlamalarda qarşıya çıxan problemlərin minimuma endirilməsi

  •  Qida israfının (qida pozulmaları, və s.) və bu israfdan qaynaqlanan xərclərin minimuma endirilməsi

  •  İş mühitində yaxşılaşma

  •  Müştəri güvəninin və məmnuniyyətinin təmin edilməsi

  •  Satışda rəqiblərin önünə keçilməsi

  •  Məhsul itkisinin ən aza enməsi

  •  Məhsulun təhlükəsizlik problemlərinin qarşısının alınması

  •  Səhv edərək qazanılan təcrübəyə güvənməkdən çox potensial təhlükələrin öncədən xəbər verilməsinin təmin edilməsi

  •  Qida müəssisələrinə etibarlı qida istehsalında qanuni çətinlikləri qarşılamaq üçün etibarlılığı təmin etməsi

  •  Effektiv yanaşma, təkmilləşməyə sistematik yaxınlaşma

  •  Qida zəncirinin hər mərhələsində istifadə imkanı

  •  Ənənəvi yoxlama və nəzarət sistemlərindən daha təsirli olması

  •  FAO / WHO tərəfindən təsdiqlənmiş etibarlı bir idarəetmə sistemi modelidir.

 

 

ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemini kimlər tətbiq edə bilər ?

ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi aşağıdakılar da daxil olmaqla qida zəncirinə birbaşa və ya dolayısı ilə daxil olan bütün quruluşlar tərəfindən tətbiq oluna bilər:
 

  • Fermerlər, balıqçılar və süd istehsalçıları

  • Ət, balıq və qida istehsalı müəssisələri

  • Çörək, konservə, dondurulmuş qida məhsulları, içki istehsaçıları

  • Restoranlar, otellər, keyterinqlər

  • və qida ilə əlaqəli olan bütün müəssisələr.