ISO 50001:2011

Enerji İdarəetmə Sistemi

Günümüzdə istehsal hər keçən gün artmaqdadır, buna paralel olaraq isə enerji qaynaqları azalmaqdadır. İstehsalın artması ilə birlikdə sənayelərdə enerji resurslarının effektiv istifadəsi, enerji qənaəti, enerji səmərəliliyi, təkrar emal qavramları önəm qazanmaqdadır. Bütün bunlar göz önünə alındığında bir enerji qənaətinə gedilməsi və bir enerji idarəçilik sisteminin yaradılması qaçılmazdır.
 

Enerji idarəçiliyi təhlükəsizlikdən, istehsalın keyfiyyət və miqdarından, ətraf mühit məsuliyyətlərindən güzəşt etmədən enerjinin səmərəli istifadəsidir. ISO 50001:2011 Enerji İdarəetmə Sistemi standartı təşkilatların enerji səmərəliliyini artırmaq üçün lazımlı olan proses və sistemləri yaratmalarını, bu proses və sistemlərin tətbiqini və davamlılığını təmin etməkdədir. Standart bütün enerji növ və fəaliyyətlərini əhatə edir. Təşkilatların hamısını enerji idarəçilyinə, maliyyənin azaldılmasına və ətraf mühitə qarşı məsuliyyətə təşviq edir. Enerji İdarəetmə Sistemini tətbiq edən təşkilatlar rahat ISO 50001:2011 Beynəlxalq Sertifikatını ala bilərlər.

ISO 50001:2011 Beynəlxalq Sertifikatının faydaları nələrdir ?

  • İcra edilən layihələrin köməyi ilə enerji istehlakını azaldır

  • Enerjidən qaynaqlanan məsrəfləri kontrol altında tutur və azaldır

  • Mövcud cihaz və avadanlıqların istifadəsini kontrol altında tutar

  • Enerji istehlakının izlənməsi yolu ilə performans haqqında informasiya əldə edilməsini təmin edir

  • Səmərəliliyin artırılması və qanunlara uyğunluğunu təmin edir

  • İstaftan qaynaqlanan mənfi ətraf mühit təsirlərini azaldır

  • İctimaiyyət içərisində imici artırır

  • İstixana effekti qazlarının azaldılmasıni təmin edir

  • Digər idarəetmə sistemi standartları ilə inteqrə edilməsi halında resurs istehlakını daha da azaldar

ISO 50001:2011 Beynəlxalq Sertifikatını kimlər ala bilər ?

ISO 50001:2011 Beynəlxalq Sertifikatı hər tip və böyüklükdə təşkilatların, özəl və ya dövlət qurumlarının, xidmət və ya istehsal sektorunda fəaliyyət göstərən hər bir şirkətin tətbiqinə uyğun bir quruluşda yaradılmışdır. Enerji sektorunda çalışan təşkilatları birbaşa maraqlandırmaqdadır.