ISO 9001:2015

Keyfiyyət İdarəetmə Sistemi

Dünya ticarətinin qloballaşması, rəqabətin əhatə dairəsi və sərhədlərini genişləndirməsi, bu yarışa qatılanların sayını getdikcə artırmışdır. Üstəlik bu yarışa qatılanlar hər keçən gün daha da innovativ olmaqdadırlar. Müştərilər artıq daha məlumatlı hala gəlib və müştəri gözləntiləri ən üst səviyyəyə çatmışdır. Artıq müştəri gözləntilərini qarşılamaq yetərli olmamaqdadır, bunun üçün müştəri gözləntilərinin də irəlisinə keçmək gərəklidir. İnnovasiya sürəti artmış, xüsusilə texnologiya sahəsində olan inkişaflar əvvəlcədən xəyal belə edilə bilməyən fəaliyyətləri reallaşdırmışdır. Artıq dəyişikliyə və dəyişiklik sürətinə davam gətirə bilməyən şirkətlərin ayaqda qala bilməsi çox çətindir. Şirkətlərin ayaqda qala bilməsi üçün gərək bütün sektorlarda müştəri ehtiyac və gözləntilərinə uyğun məhsul istehsalı və ya xidmət göstərilməsi olmalıdır. Bu səbəblə şirkətlərdə layihələndirmə mərhələsindən istehsala, marketinqdən və satış sonrası xidmətlərə qədər bütün mərhələləri əhatə edən Keyfiyyət İdarəetmə Sisteminin (ISO 9001:2015)  tətbiqi mütləqdir. Keyfiyyət İdarəetmə Sistemi tətbiq olunandan sonra şirkətlər rahat ISO 9001:2015 Beynəlxalq Sertifikatını ala bilirlər.
 

ISO 9001 Keyfiyyət Standartları seriyası təşkilatların müştəri məmnuniyyətinin artırılmasına istiqamətlənən, ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminin qurulması və təkmilləşdirilməsi, ISO 9001:2015 Beynəlxalq Sertifikatının alınması mövzusunda rəhbərlik edən və Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən nəşr olunan bir standartdır. ISO 9001-də bu seriyaya daxildir.

ISO 9001:2015 Beynəlxalq Standartı müştəri gözləntiləri, ehtiyacları və qanuni şərtləri qarşılamaqla müştəri məmnuniyyətinin artırılmasını təklif edən dünyaca qəbul olunmuş bir keyfiyyət idarəetmə sistemi növüdür. Şirkətin təşkilati quruluşundan müştərilərin məmnuniyyət səviyyəsinə, toplanan məlumatların təhlil edilməsindən proseslərin effektiv idarəedilməsinə, daxili auditlərdən məhsul layihələləndirilməsinə, satınalmadan satışa qədər bir çox nöqtədə Keyfiyyət İdarəetmə Sistemi şərtləri müəyyənləşdirir. ISO 9001:2015 Beynəlxalq standartı əsas olaraq bir kontrol mexanizmidir. Bu standartın məqsədi xəta və qüsurları azaltmaq, ortadan qaldırmaq və daha önəmlisi isə yarana biləcək xəta və qüsurları önləməkdir. ISO 9001:2015 Beynəlxalq Standartı birbaşa olaraq məhsul və xidmət keyfiyyəti ilə deyil, idarəetmə sisteminin keyfiyyəti ilə əlaqəlidir. Buradakı əsas proses effektiv bir Keyfiyyət İdarəetmə Sisteminin yaradılması və tətbiqi halında müştəri ehtiyaclarını qarşılayacaq keyfiyyətli məhsul və xidmətlərin istehsalıdır.

ISO 9001:2015 Beynəlxalq Standartı Keyfiyyət İdarəetmə Sisteminin necə yaradılacağını tamamilə şirkətlərə buraxmışdır. Edilməsi olan "standart" bir Keyfiyyət İdarəetmə Sistemi deyil, standartın şərtlərini qarşılayan bir Keyfiyyət İdarəetmə Sisteminin yaradılmasıdır.

ISO 9001:2015 Beynəlxalq Sertifikatının faydaları nələrdir ?

  • Təsirli bir keyfiyyət idarəetmə sistemi üçün minimum şərtləri bildirir.

  • Şərtləri ümumidir, miqyası fərq etmədən hər sektor üçün tətbiq oluna bilər.

  • Nəyin ediləcəyini söyləyər, necə ediləcəyini deyil.

  • Müştəri əlaqələrinə yönəlmiş müəssisədə müştəri şikayətləri azalır, müştəri məmnuniyyəti və bağlılığı daha da artar.

  • Müştərinin istək və tələblərini ön planda tutaraq daha yaxşı məhsul layihəsi verir.

  • Yaxşı layihə və planlaşdırma, emal xərclərini azaldar.

  • Keyfiyyət problemlərindən qaynaqlanan keyfiyyətsizlik xərclərini minimuma endirir.

  • Fəaliyyətlərin daha yaxşı planlaşdırılması, problemlərin daha sürətli həll edilməsi ilə səmərəli bir idarəetmə təmin edilmiş olar.

  • Bütün problemlər sistematik şəkildə təhlil edildiyinə görə, müəssisədə davamlı bir inkişaf olur.

  • İşçilərin fəaliyyətlərə cəlb olunması təmin olunur, motivasiya və iş həyəcanları artır.

  • Hər sahədə davamlı təkmilləşdirilmə ilə ixtisaslı işçi faizi artar.

  • Müəssisələr arası problemlərin həllində sistematik yanaşma məhsuldarlığı artırır.

  • Təşkilatın keyfiyyət imici güclənir, müştərilərin inamı artır.

  • Sistematik və inzibati bir infrastruktur yaradaraq təşkilatlanma yolunda bir addım daha irəliyə gedilməsini təmin edir.

ISO 9001:2015 Beynəlxalq Sertifikatını kimlər ala bilər ?

A-dan Z-ə bütün şirkət və ya təşkilatlar (özəl, dövlət, QHT və s.) tətbiq edə bilər. Bu müəssisələrə istehsal, qida sektoru, enerji sektoru, restoran, otellər, xidmət sahələri, təhsil müəssisələri və bildiyimiz bütün müəssisələr aiddir.