HALAL

Halal İdarəetmə Sistemi

Sürətlə inkişaf edən texnologiyadan dəstək alaraq böyüyən qida və kimya sənayesi istehsalkçı ehtiyaclarını qarşılamaqda asanlıq və çeşitlilik təmin etməklə bərabər əlavə olaraq da fərqli sual və problemlər də gətirmişdir. Bunlardan bir dənəsi İslam aləmi tərəfindən İslam hökmlərinə uyğun halal məhsul istehlak olunub olunmamasıdır. İslam  hökmlərinə uyğun məhsul istehsal edənlər HALAL Beynəlxalq Sertifikatını ala bilərlər.

 

Bütün insanların güvənli qida məhsulu istehlak etmək haqqı vardır. Bunun yanında Müsəlmanların İslam hökmlərinə uyğun qida, kosmetika və başqa məhsulları istehlak haqqı mütləqdir. Müsəlmanlar yüzillərdir İslam hökmlərinə uyğun qida və başqa istehlak məhsullarını müəyyənləşdirməkdə problem yaşamayıblar. Çünki istehlak edilən məhsulların tərkibi daha bəsit olan və çoxu ev tipi məhsullardır. Ancaq son zamandakı texnoloji inkişafla birlikdə qida sektorunda inkişaflar bərabərində məhsul çeşitliliyi və tərkib qarışıqlığını da gətirmişdir.

 

HALAL Beynəlxalq Sertifikatlı məhsul əvvəlcə təmiz və təhlükəsiz məhsul deməkdir. Bunun yanında xammal girişindən son məhsulun istehlakına qədər olan bütün mərhələlərdə İslam hökmlərinə uyğun tərkib, xammal, fəaliyyə və proses ilə istehsal edilən məhsul deməkdir. Bu mənada İslam deyincə qadağan olunmamış məhsullar Halal olaraq qeyd olunmaqdadır. Halal olmayan (haram) məhsulların bir qismi aşağıdakılardır:

  • İslam qanunlarına görə dəqiq bir sübutla açıq şəkildə qadağan olan hər növ məhsul, fəaliyyət

  • Donuz və ya vəhşi ayı

  • İt, ilan və ya meymun

  • Pəncə və ön dişləri olan aslan, pələng və başqa ətyeyən heyvanlar

  • Qartal, kərkəs və başqa ovçu quşlar

  • Siçan, qırxayaq, əqrəb və bənzər zərərli heyvanlar

  • Arı, qarışqa və ağacdələn kimi İslam hökmlərinə görə kəsimləri qadağan olunmuş heyvanlar

  • Bit, milçək ya da bunlar kimi insanlar arasında iyrənilən və istənilməyən heyvanlar

  • Pulcuğu olmayan hər hansı bir dəniz canlısı

  • İslam qanunlarına görə kəsilməyən hər hansı bir heyvan

  • Qan ya da qanla qarışdırılmış hazır yeməklər

  • Suda yaşayan və İslam qanunlarına görə ovlanmayan heyvanlar (sudan canlı ovlanmayan ya da ölü ovlanan heyvanlar)

  • Alkaqolli içki, zəhərli və ya zərərli içkilər ya da bunlarla qarışmış olan maddələr

 

HALAL Beynəlxalq Standartı insanların sağlam, təhlükəsiz və halal məhsullara çata bilməsini asanlaşdıracaq metodlar inkişaf etdirmək məqsədilə hazırlanmış standartdır. HALAL Beynəlxalq Standartı tamamilə elmi gerçəklər üzərində qurulmuş, həm güvənilən və təmiz məhsul, həm də İslam deyilində qəbul edilən halal məhsul istehsal etmək və istehlak etmək üçün bünövrə təşkil edən bir qaynaqdır. HALAL Beynəlxalq Standartı ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi standartı əsas alınaraq hazırlanmışdır.
 

HALAL Beynəlxalq Sertifikatının faydaları nələrdir ?
HALAL Beynəlxalq Sertifikatını sadəcə qida məhsullarına verilmiş bir sertifikat olaraq düşünməmək lazımdır. Eyni zamanda məhsulların paketlənməsi, etiketlənməsi, daşınması, servis və logistika fəaliyyətlərinə, ayrıca, otelçilik, səyahət, farmaseptika, kosmetika və əlaqəli cihazlar ilə digər sağlamlıq məhsullarına uyğun xüsusiyyətlərini də içinə aldığı unudulmamalıdır. Görsəndiyi kimi çoxçeşidli sektorlarla əlaqəli olan HALAL Beynəlxalq Sertifikatını həm istehsalçıya, həm də istehlakçıya təhlükəsizlik baxımından çox faydası var. Bunlardan bir qismi belədir:​​​​​

  • HALAL Beynəlxalq Sertifikatı istehsalçı və istehlakçı arasında bir güvən bağı yaradır

  • Gün keçdikçə artan məlumatlı istehlakçı tələblərini qarşılamaq üçün istehsalçılara həm öz sistemlərini, hə də məhsullarını təkmilləşdirmək üçün yol göstəricisidir

  • Təmiz və təhlükəzi məhsul çeşidliliyini təşviq edir

  • Halal standartı beynəlxalq istimaiyyətdə təsdiqi təsdiqlənmiş olan ISO 22000 Standartını əsas aldığı üçün istehsalçıların daha keyfiyyətli və təhlükəsiz məhsul istehsal etmələrini təmin edəcəyindən keyfiyyətin artırılmasında önəmli bir rol oynayar.

  • Xammaları, məhsulları, istehsal mərhələlərini, qatqı maddələrini və tərkibini, işləmə metodlarını yoxlayan tərəfsiz bir mütəxəssis xidməti təmin edər

  • İstehsalçılara sektorun quruluşunu göstərməkdə sektordakı yerini müəyyənləşdirmədə və inkişaf edən və dəyişən bazar şərtlərini tutmaqda rol oynayır

  • Artan "HALAL Beynəlxalq Sertifikatlı Məhsul" tələbi içərisində istehsalçıların rəqabət gücünün artmasına köməkçi olur

  • HALAL Beynəlxalq Sertifikatı istehsalçıların Müsəlman ölkələrə ixrac zamanı bazarda pay sahibi olub payını artırmaqları üçün onları bir addım önə keçirdir

  • Davamlı inkişaf edən və dəyişən texnologiya ilə meydana gələn yenilikləri, artan ehtiyacları və müştəri gözləntilərini izləmədə mütəxəssis fikri alınmış olur

  • Elmi məlumatlar işığında İslam qanunlarını çox yaxşı bilən mütəxəssislərə görə yoxlanan halal sistemi istehsalçılara bu mərhələdə mükəmməl bir qaynaq yaradır

  • HALAL Beynəlxalq Sertifikatlı məhsul tələbi olan ölkələrə ediləcək ixracatlarda anlaşmazlıqların qarşısına keçməkdə köməkçi olur

  • Sadəcə halal qida mənasında deyil, təmiz və təhlükəsiz qida müştəri məmnuniyyəti, keyfiyyət yoxlama metodları, lazımı sənədləşmənin təkmilləşdirilməsi və daha az itki, daha çox mənfəət anlamında da faydalar verir.

 

HALAL Beynəlxalq Sertifikatını kimlər ala bilər ?
HALAL  Beynəlxalq Standartını istehsal edən, ölkə daxilinə və xüsusilə Müsəlman ölkələri başda olmaqla xaricə satış edən bütün şirkətlər istifadə və tətbiq edə bilər. HALAL  Beynəlxalq
 Standartı əvvəlcə təhlükəsiz məhsul əsaslı olduğu üçün ISO 22000 standartının şərtlərini də qarşılamaqları lazımdır. HALAL Beynəlxalq Sertifikatı alabiləcək sektorlardan bəziləri aşağıda açıqlanmışdır:

  • Hər növ qida, qida qatqısı, qida paketləmə materialı istehsal və satan şirkətlər

  • Otellər və restoranlar

  • Şəxsi baxım məhsulları, şəxsi təmizlik məhsulları, kosmetik məhsullar istehsal edən və satan şirkətlər

  • Ev tipi və sənaye tipi təmizlik kimyasalları və təmizlik xammaları istehsal edən və satan şirkətlər

  • Sağlamlıq məqsədi ilə istifadə edilən kimyasallar, dərman, xammal və cihaz istehsal edən və satan şirkətlər

  • Logistika xidmətləri

  • Yem və yem qatqı maddəsi istehsal edən şirkətlər

  • Böcək dərmanları və gübrələri də daxil olmaqla kimyəvi və biokimyəvi məhsul istehsal edən və satan şirkətlər

  • Qida müəssisələri üçün avadanlıq istehsal edən və satan şirkətlər

  • Fermerlər və balıqçılar