IFS

Beynəlxalq Qida Təhlükəsizliyi

IFS Beynəlxalq Sertifikatı qida məhsulları və istehsal proseslərinin təhlükəsizliyini və keyfiyyətini təsdiqləyən qida təhlükəsizliyi sertifikatıdır. Qida müəssisələrində qidaların istehsalı, paketlənməsi, daşınması, anbara yığılması və başqa mərhələlərinin canlılara verbiləcək zərər yaratmaması üçün müəyyən şərtləri əhatə edən qida təhlükəsizliyi standartıdır.

Beynəlxalq Qida Təhlükəsizliyi (IFS) Beynəlxalq Sertifikatına sahib olan qida müəssisələri yeni bazar fürsətlərinə yol açır, çünki IFS Beynəlxalq Sertifikatına sahib olan şirkətlər qida təhlükəsizliyinin tələblərini yerinə yetirdikləri üçün üstünlük veriləndir və beynəlxalq aləmdə tanınır. Ayrıca digər faydalarını demək lazımdırsa müştəri güvənini qazanır, marka imicini gücləndirir, israf təmin edir, səffaflıq təmin edir, tədarük zənciri boyunca keyfiyyət və təhlükəsizlik təmin edir.

Bu şərtlər daxilində Alman Pərakəndəçilər Birliyi və Fransız Pərakəndəçilər Birliyi ticarət markaları üçün keyfiyyət sertifikatı olan Beynəlxalq Qida Təhlükəsizliyi olan IFS standartını yaratmışlar. 

Bəzi ölkələr rəsmi qida təhlükəsizliyi siyasətlərində IFS Beynəlxaql Standartını qanunlarına daxil ediblər. Bunlardan bəziləri İspaniya, İsveçrədir.

IFS Beynəlxalq Standartı nələri hədəf alır?

  • Tek ortaq bir dəyərləndirmə

  • Akreditasiya qurumlarının və auditorların peşəkarlığı

  • Tədarük zəncirində şəffaflıq

  • Tədarükçüdə məsrəflərin azaldılması

Niyə IFS Beynəlxalq Standartı ?

Dünyadakı ən böyük qida assosiasiyaları HDE, FDE Conad və COOP kimi təşkilatlar IFS sertifikatını təchizatçılarından məcburi tələb edirlər. Bu qida assosiasiyaları üzvləri olan nəhəng konsorsiumlardan EDEKA, Rewe, Aldi, Metro kimi zəncir marketlər tədarükçülərinə bu standartı məcburi tələb edirlər.

IFS Beynəlxalq Standartı digər qida təhlükəsizliyi standartlar kimi HACCP, SQF, GFSI, BRC, ISO 22000 kimi dünya miqyasında keçərli bir standartdır. IFS Beynəlxalq Sertifikatını bütün qida sektorunda istehsalçılardan topdançı şirkətlərə kimibütün şirkətlər ala bilərlər.