© 2018  Bütün hüquqlar qorunur

Sektorlar




Layihələrin İdarə Olunması

Layihə menecmenti ALMA üçün ən önəmli sektorlarımızdandır. Çünki idarəetmədə gördüyümüz bütün işlər layihələrdir. Biz istənilən layihədə həm planlaşdırma, icra, nəzarət və monitorinq işlərimizlə müştərilərimizin problemlərinin həll edilməsi ilə onların işlərinin qabağa aparılmasına dəstək oluruq.

Kənd Təsərrüfatı

Kənd təsərrüfatı sektorunun inkişafı Azərbaycan və digər ölkələr üçün ən prioritet hədəflərdən biridir. Bizim də əsas məqsədimiz kənd təsərrüfatı üzrə peşəkar xidmətlər göstərərək dövlətlərin inkişafına dəstək olmaqdır. Biz bu sahə üzrə həm dövlət, həm də özəl şirkətlərə xidmətlər göstəririk. Kənd təsərrüfatında tədqiqatlar, strategiyaların hazırlanması, standartlar, aqronomluq bizim əsas xidmətlərimizdir. Bu sahədə olan mütəxəssislərimiz həm təhsil, həm peşəkarlıq, həm də təcrübələrinə görə kifayət qədər öndədirlər.

Qida Təhlükəsizliyi

Azərbaycan regionda ən çox qida məhsulları istehsal, istehlak və ixrac edən bir dövlətdir. Regionun lider dövlətində istehsal olunan qida məhsulları mütləq formada təhlükəsizliyə cavab verməlidir. Biz də ALMA olaraq müştərilərimizin müəssisələrində qida təhlükəsizliyinin təmin olunması üçün əlimizdən gələni edirik. Müəssisədən çıxıb süfrəyə qoyulan hər bir təmiz qida sağlam nəsil, ixrac olunan hər bir təhlükəsiz qida isə güclü reklam deməkdir.

Enerji və Təbbi Sərvətlər

Enerji təhlükəsizliyi və təbii sərvətlər dünyada bütün dövlətlər üçün ən əhəmiyyət kəsb edən sektordur. Biz də ALMA olaraq bu sahədə olan xidmətlərimizlə həm özəl sektora, həm də dövlət sektoruna dəstək vermək üçün əlimizdən gələni edirik. Bu sahədə tədqiqatlar, strategiya və inkişaf layihələri ilə müştərilərimizin işlərinə dəyər qatırıq. 

Keyfiyyətin İdarə Olunması

Keyfiyyət termini bütün sahələrdə ən aktual məsələdir. Biz bazardan evə ərzaq aldıqda, sürmək üçün maşın aldıqda çalışırıq ki, ən keyfiyyətli məhsulları seçək. Məhsulların keyfiyyətli olması birbaşa idarəetmədən asılıdır. İdarəetmə sistemi güclü olan dövlət və özəl müəssisələri həmişə müştəri məmnunluğunu əldə edirlər. ALMA ekspertləri müştərilərinin keyfiyyət idarəetmə sistemlərini inkişaf etdirərək, onların üstünlüklərini artırırlar. Keyfiyyətin idarə olunması bir çox sahədə tətbiq və istifadə olunur: sənaye, istehsal, qida, tikinti, neft, logistika, təhsil və bildiyimiz bütün sahələr. Bu sahədə biz beynəlxalq standartlarla çalışırıq.

Təhsil

Təhsil bir millətin gələcəyidir. Yaponiya da II Dünya Müharibəsindən sonra məhz təhsil ilə dövlətin iqtisadi və yaşam gücünü artırdı. Təhsil sahəsində aparılan islahatlar onun üçün çox vacibdir. Hal-hazırda bütün dövlətlər öz təhsil sektorlarının inkişafı üçün strateji əhəmiyyətli layihələr həyata keçirdirlər. Bu Azərbaycan üçün də səciyyəvidir. ALMA komandası olaraq KSM-də təhsillə bağlı layihələr həyata keçirir və təhsilin inkişafı üçün strateji layihələrdə yer almağa çalışırıq.

İqtisadiyyat

İqtisadiyyat bir dövlətin bünövrəsidir. İqtisadiyyatı güclü olan dövlət də güclü sayılır. Güclü iqtisadiyyat üçün də institutsional layihələrin olması vacibdir. ALMA ekspertləri həmişə Azərbaycan, region və digər ölkələrin iqtisadiyyatlarını tədqiq edir. Məqsəd boşluqları müəyyənləşdirib yeniliklər gətirmək, inkişafa təkan verməkdir. Bunun üçün əlimizdən gələni edirik. Beynəlxalq partnyorlarımızla daim bu məsələləri müzakirəyə çıxardaraq elmi müzakirələr aparırıq.

Dövlət və Özəl Sektor

Dövlət və özəl sektor bütün sahələrimizi demək olar ki, əhatə edir. Maraqlarımız məhz bu ikiliyin üzərində cəmləşib.

Dövlət proqramlarının inkişafı bizim də inkişafımızdır. Dövlətin qrand və tenderləri həmişə maraq dairəmizdə olubdur. Dəyərli ekspertlərimizlə daim dövlət proqramlarına dəstək veririk.

Özəl sektor da bizim üçün önəmlidir. Belə ki, bir çox sahəmiz məhz özəl sektorla bağlıdır. Özəl sektorun bir çox sahələrinə xidmət göstəririk.

Texnologiya

Texnologiya sektorunda əsasən layihələrin idarə edilməsi və informasiya təhlükəsizliyi bizim prioritet sahələrdəndir.

Texnoloji layihələrdə layihələrin planlaşdırılması, monitorinqi və keyfiyyətə nəzarəti həyata keçiririk.

İnformasiya təhlükəsizliyi müştərilərinin məlumatlarını saxlayan istənilən təşkilatın yaralı yeridir. Biz bank sektoru, dövlət sektoru, İKT və digər sahələrdə beynəlxalq standartlara uyğun informasiya təhlükəsizliyini təmin edirik.

Ətraf Mühit

Hal-hazırda gedən proseslər ətraf mühitə ciddi təsir edir. Onun üçün ətraf mühitə təsir edən layihələr başlamamışdan ciddi araşdırmalar gedir. Neft-qaz layihəsidirsə onun təbiətə və insanlara potensial təsiri mütləq formada araşdırılır. Hətta bir çox böyük şirkətlər layihə boyunca bir neçə dəfə də araşdırmaları davam etdirir. Bunun üçün biz də ekspertlərimizlə ətraf mühitə təsir imkanlarını ararşdırır və problemlərin həlli yollarını müzakirə edirik.