Organic Kosmetika

Organik Kosmetika

COSMOS mərkəzi Belçikanın Brüssel şəhərində olan, Avropanın və dünyanın qabaqcıl sertifikasiya təşkilatlarının bir araya gələrək yaratdığı bir təşkilatdır. COSMOS ortaqları arasında ETKO şirkətidə yer alır. Qeyd edək ki, ETKO və ALMA bir sıra proqram və layihələrdə birlikdə çalışırlar. ALMA Consulting ETKO-nun Azərbaycanda partnyorudur.

COSMOS həm bir "Orqanik Kosmetika" məhsul standartı, həm də səlahiyyətli sertifikatlaşdırma təşkilatı olaraq məhsulların "Orqanik Kosmetika" sertifikasiyası üçün müəyyən qanunlar çərçivəsində kosmetika məhsulları içərisində yer alan maddələr, kosmetik məhsulların istehsal metodları, anbarda saxlama və paketlənməsi, etiketlənməsi ilə bağlı bütün proseslərə nəzarət etməkdədir. COSMOS standartına görə bir məhsulun Orqanik olaraq sertifikatlaşdırılması üçün bütün daxilinin 95%-nin kənd təsərrüfatı məddələrindən əldə edilmiş olması və məhsul içində ən az 20% miqdarında orqanik xammaddə olması lazımdır. Ayrıca Organic Beynəlxalq Sertifikatlı kosmetika məhsullarının daxilinə GMO, paraben, phenoxyethanol, nanoparçalar, silikon, PEG, sintetika, parfümlər və boyalar ilə birlikdə heyvan köklü xammaddələrin istifadəsi qadağan edilmişdir.