AlmaBaku.com

ALMA Consulting araşdırma, məsləhət, idarəçilik və ISO Beynəlxalq Sertifikat xidmətləri təklif edən beynəlxalq bir şirkətdir. İqtisadi, kiçik və orta sahiblarlıq, kənd təsərrüfatı, sosial və dövlət idarəçiliyi, özəl sektorun inkişafı mövzusunda peşəkarlaşdıq və ettiyimiz işlərlə ictimaiyyətə həqiqi fayda verməyi hədəfləyirik.

Bizimlə əlaqə

(+99455) 489-37-48

info@almabaku.com

AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, L.Landau16

Organic - Kənd Təsərrafatı

Orqanik kənd təsərrüfatı məhsulları artıq zaman keçdikcə daha çox istehsal və istehlak edilməyə başlayır. Organic Beynəlxalq Sertifikatının (kənd təsərrüfatı) çoxlu faydaları var:

1. Gələcək nəsilləri qorumaq: Gələcək nəsilləri qorumaq üçün onlara sağlam qidalar vermək məcburiyyətindəyik. Bir uşağın qida məddələrində xərçəngə səbəb olan pestisidlərdən zərər görmə riski, böyüklərə görə daha çox olduğu üçün uşağın gələcəkdəki sağlamlığı qidaların doğru seçiminə bağlıdır.

2. Torpaq eroziyasını önləmək: Torpaq Orqanik kənd təsərrüfatında qida zəncirinin bünövrəsini təşkil etməkdədir. Kimyəvi gübrələr ilə bitki yetişdirməyin alışqanlıq halına gətirildiyi konvasiyonel kənd təsərrüfatında pozulan torpaq quruluşu ya da su eroziyası ilə asan itiriləcək bir quruluşa soxulmaqdadır.

3. Su keyfiyyətini qorumaq: Su bədən ağırlığımızın və planetimizin 70%-ni təşkil etməkdədir. Kənd təsərüfatı dərmanları və digər kimyasalların yeraltı və yerüstü su qaynaqlarına qarışması ilə dolayı olaraq, içmə sularına qarışaraq da birbaşa olaraq insanlar başda olmaqla bütün canlıların həyatı təhlükə altına girir.

4. Enerji itkisi: Modern kənd təsərrüfatı digər sənaye sahələrinə görə daha çox benzin və mazut istehlak edir. Benzinli və mazutlu kənd təsərrüfatı texnikalarından şumlama, dərmanlama və gübrələmə prosesləri zamanı daha çox istifadə olunur. Orqanik kənd təsərrüfatındakı texnikalar konvansiyonel kənd təsərrüfatı ilə qarşılaşdırıldığında daha azdır. Ən azından zərərli otlarla mübarizənin əllə edilməsi, kimyəvi dərmanlar və gübrələrin istifadə edilməməsi enerji itkisinin qarşısını almaqdadır

5. Kimyəvi dərman qalıntılarından təmizləmək: Bir çox kənd təsərrüfatı kimyəviləri istehlak edilməmişdən əvvəl xərçəng ya da başqa xəstəliklərə səbəb olub olmadıqlarını müəyyənləşdirmək üçün araşdırmalar aparılır. Lakin bunlar yaşayan canlıları məhv etmək üçün istehsal edildiyindən insanlara da zərər verməsi ehtimalları yüksəkdir. Pestisidlərin xərçəngə səbəb olan ehtimallarını, doğuş problemlərinə, sinir sistemi və genetik pozğunluqlara da səbəb olabildikləri sübut edilmişdir. İstifadə olunan sistematik (bitkinin daxilinə girən) pestisidlər bu risklərin ana səbəbidir.

6. Çalışanları qorumaq: Xüsusilə kənd təsərrüfatı kimyasallarının çox və kontrolsuz olaraq istifadə edildiyi ölkələrdə kənd təsərrüfatı işçilərinin sağlamlıqları böyük risk altındadır. Bu şəxslərin xərçəng olması ehtimalları da yüksəkdir. Hər il demək olar ki, bir milyon insanın kənd təsərrüfatı dərmanlarından zəhərləndiyi təxmin edilməkdədir.

Orqanik Beynəlxalq Sertifikatı (kənd təsərrüfatı) Avropa İttifaqı və ABŞ standartlarına görə verilir. Hər bir Organic Beynəlxalq Sertifikat birbirindən fərqlənir. Organic Beynəlxalq Sertifikat alan müəssisələr mütləq formada məhsulu ixrac etdiyi ölkənin tələb etdiyi Organic sertifikatı almalıdır.

Paylaş :